Ağstafada top mərmisi tapılıb

Ağstafada top mərmisi tapılıb
  24 Yanvar 2018    Oxunub:1214
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Ağstafa rayonu ərazisində keçirilmiş əməliyyat barədə məlumat yayıb.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, bu gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Eynallı kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə 1 otlaq sahəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 73 mm-lik geritəpməsiz top mərmisi (OQ-9) aşkar olunub, götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib. Əməliyyat Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilib.

AzVision.az


Teqlər: ANAMA  





Xəbər lenti