İlham Əliyev Davosda Netanyahu ilə görüşdü

  24 Yanvar 2018    Oxunub : 758
İlham Əliyev Davosda Netanyahu ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə görüşü olub.

AzVision.az xəbər verir ki, görüşdə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri məmnunluqla xatırlandı, səfərin nəticələrinin Azərbaycan-İsrail əlaqələrinin inkişafına yeni təkan verdiyi qeyd olundu.

Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edildi, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı.

AzVision.az

Teqlər: İlham-Əliyev   Benyamin-Netanyahu