Bakıda 5 prokurorluq işçisi vəzifəsindən azad edilib

Bakıda 5 prokurorluq işçisi vəzifəsindən azad edilib
  24 Yanvar 2018    Oxunub:5065
Ötən il Bakı şəhər prokurorluğu orqanlarında vətəndaşların 26266 müraciətinə baxılıb, həmin müraciətlərdən 5259-na baxılaraq həll edilib, o cümlədən 1744 müraciət təmin edilib.
AzVision.az xəbər verir ki, bu barədə Bakı şəhər prokuroru İlqar Abbasov şəhər prokurorluğunda ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib. Onun sözlərinə görə, həmin dövr ərzində 4597 vətəndaş qəbul edilib, rayon prokurorları tərəfindən 2010 nəfər, Bakı şəhər prokurorluğunda 2348 nəfər, onlardan da 448-i şəhər prokuroru tərəfindən qəbul olunub:

“Hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.

2017-ci ildə müxtəlif xətalar törətdiklərinə görə 19 prokurorluq əməkdaşı, o cümlədən 3 rayon prokuroru intizam məsuliyyətinə cəlb edilib, onlardan 5 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib”.

AzVision.az


Teqlər: Bakı-şəhər-prokurorluğu  





Xəbər lenti