Rusiya FHN rəhbəri: "İtən azərbaycanlılar hələ tapılmayıb"

Rusiya FHN rəhbəri: "İtən azərbaycanlılar hələ tapılmayıb"
  25 Yanvar 2018    Oxunub:1867
Yapon dənizində itkin düşən "Vostok" ("Şərq") gəmisi hələ tapılmayıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-nin rəhbəri Vladimir Puçkov bildirib.

"Genişmiqyaslı xilasetmə işləri həyata keçirilir. Lakin əməliyyatları sərt hava şəraiti çətinləşdirir”, - deyə Puçkov vurğulayıb.

Qeyd edək ki, Rusiyaya məxsus "Vostok" balıqçı gəmisi Yapon dənizinin Primorski vilayəti sahillərində itkin düşüb. Gəminin göyərtəsində 21 nəfər olub. İtkin düşən şəxslərdən ikisi Rusiya vətəndaşı olan azərbaycanlı matros Mübariz Hüseynov və Ruslan Əlizadədir.

Axtarışlara “Be-200” təyyarəsi, “Fesco” gəmisi və iki helikopter cəlb olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   FHN   İtkin   Gəmi  





Xəbər lenti