Valideynini itirmiş şəxslər təhsil haqqından azad edilir

Valideynini itirmiş şəxslər təhsil haqqından azad edilir
  25 Yanvar 2018    Oxunub:2251
“Valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişiklik ediləcək. Dəyişikliyə əsasən, 18 yaşına qədər valideynlərindən birini itirmiş, digəri isə 2-ci qrup əlil olan şəxslərin təhsil haqqının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulub.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli deyib.

Komitə sədri bildirib ki, hazırki qanunvericilik buna imkan vermir: “Təxmini hesablamalara görə, bu rəqəm 100-dən çoxdur. Biz bu şəxslərin təhsilinin maliyyə tutumunu öyrənib, daha sonra qanunvericilikdə dəyişikliklər edə bilərik”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Hadi-Rəcəbli  





Xəbər lenti