Dopinqdən istifadəyə qarşı cəzalar sərtləşdiriləcək

Dopinqdən istifadəyə qarşı cəzalar sərtləşdiriləcək
  26 Yanvar 2018    Oxunub:1339
Azərbaycanda idman sahəsində dopinq vasitələrinin istifadəsinə qarşı cəza sərtləşdiriləcək.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

Komitə sədri bildirib ki, bununla bağlı “İdmanda dopinq vasitələrinin və ya metodlarının istifadəsinə qarşı mübarizə haqqında” qanuna əlavələr edilməlidir:

“Ümumi təkliflər paketi var. Bura İnzibati və Cinayət məcəllərinə dəyişiklik də daxildir. Bu məsələ Gənclər və idman komitəsinin yaz sessiyasının qanunverici işlər planına daxil edilib”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Dopinq   Fuad-Muradov  





Xəbər lenti