“Uşaq qatillərini öz adı ilə çağırmalıyıq” – Azərbaycanlı deputatdan sərt çıxış (VİDEO)

  26 Yanvar 2018    Oxunub : 8912
“Uşaq qatillərini öz adı ilə çağırmalıyıq” – Azərbaycanlı deputatdan sərt çıxış (VİDEO)
Dünən AŞPA-da Azərbaycanın deputat qrupunun üzvü Sevinc Fətəliyevanın müəllifi olduğu “Silahlı münaqişələrdə uşaqların müdafiəsi” adlı məruzə dinlənilib.
Dinləmələr zamanı digər Azərbaycanlı deputat Vüsal Hüseynov bir neçə vacib məqama toxunub. Silahlı münaqişələr və müharibələr zamanı ən həssas qruplardan birinin uşaqlar olduğunu deyən deputat bildirib ki, onlar kütləvi şəkildə insan alveri, cinsi istismar və digər zorakı hərəkətlərə məruz qalır, həyatlarını itirirlər: “Baxmayaraq ki, uşaqların reabilitasiyasını, onlara dəstək verilməsini nəzərdə tutan, silahlı münaqişələrdə iştirakının qarşısının alan çoxsaylı beynəlxalq sənədlər və müvafiq protokollar mövcuddur, hesabat göstərir ki, bu istiqamətdə çoxlu narahatlıqlar hələ də qalmaqdadır. Bu, bir daha sübüt edir ki, beynəlxalq sənədlərin nəinki icrasına diqqət gücləndirilməli, həm də aşkar edilmiş boşluqlar aradan qaldırılmalıdır. Hesabatı bu istiqamətdə atılan əhəmiyyətli addım hesab edirəm”.



Vüsal Hüseynov həmkarının bu yanaşmasını xüsusilə dəstəkləyib ki, o, hesabatda təkcə uşaqlara dəstək verməyə çağırmır, eyni zamanda, bu acınacaqlı vəziyyətin yaranmasının köklü səbəbi olan münaqişlərin aradan qaldırılmasına da toxunur: “Beynəlxalq humanitar hüququn əsas prinsiplərindən biri fərqləndirmə prinsipidir; belə ki, mülkü şəxslərlə döyüşən şəxslər arasında fərq qoyulmalı və bütün hücumlar ancaq hərbçilərə yönəlməldir, mülki şəxslərə yox. Ancaq təəsüf ki, müasir dövrümüzdə də biz hətta məqsədli şəkildə mülki şəxslərə qarşı olan hücumları müşahidə edirik. Mən bir misal gətirməyi özümə börc bilirəm. Bu, hesabatda qeyd edilib, ancaq düşünürəm ki, üzərində daha ətraflı dayanmaq lazımdır”.

Deputat avroparlamentarilərə xatırladıb ki, keçən yay erməni silahlı qüvvələri tərəfindən məqsədli şəkildə Azərbaycanın mülki əhalisinə artilleriya atəşi açılmış, nəticədə 3 yaşlı körpə və nənəsi həlak olmuşdular: “Ermənistan bir sıra beynəlxalq humanitar sənədləri imzalayıb və öhdəlikləri var, ancaq buna baxmayraq, həmin ölkədə bu cinayəti törədən şəxslərlə bağlı heç bir istintaq və ya digər araşdırma tədbirləri həyata keçirilmədi. Bu, bir daha sübüt edir ki, hadisə Ermənistanın ən yüksək siyasi rəhbərliyinin iradəsilə baş verib.

Hörmətli həmkarlar, mən hesab edirəm ki, biz səmimi danışmalı və özümüzün qəbul etdiyimiz qətnamələrin mətnini əsas götürməliyik. Biz bilməliyik ki, dünən burada çıxış üçün söz verib, alqışladığımız Ermənistan prezidenti mülki insanlarının qətlində itşirak etmiş və bunu özü açıq şəkildə bəyan etmiş şəxsdir. Bu şəxs işğal edilmiş Azərbaycan ərazisi olan Xocalıda törədilmiş cinayətlərin iştirakçısıdır. Qeyd edim ki, Xocalı faciəsi bir sıra ölkələrin qanunverici orqanları və beynəlxalq təşkilatar tərəfindən soyqırımı kimi tanınır. Dünən bizim ona göstərdiyimiz münasibətlə, bu gün burada münaqişələrdən əziyyət çəkən uşaqların hüquqlarını müdafiə etmək istəyimiz üst-üstə düşmür. Təbii ki, bu halda biz simamızı itirir və səmərəli ola bilmirik”.

Sonda Vüsal Hüseynov xatırladıb ki, axır vaxtlar hamı AŞPA-nın nüfuzunun düşməsindən və ona olan etimadın azalmasından, obyektivliyini itirməsindən danışır. “Hesab edirəm ki, bunun səbəblərindən biri də bizim belə ikili yanaşmalarımızdadır. Biz tutduğu vəzifədən asılı olmayaraq, cinayətkarı, uşaq qatilini öz adı ilə çağırmalıyıq. Mənim sizdən xahişim odur ki, hesabata səs verərkən bu məqamları bilib, diqqət yetirəsiniz”,- deyə o, çıxışını bitirib.

AzVision.az

Teqlər: #AŞPA#Vüsal-Hüseynov