Azərbaycanda nə qədər maşın var?

Azərbaycanda nə qədər maşın var?
  26 Yanvar 2018    Oxunub:3178
Ötən il Azərbaycanda 60 minə yaxın şəxs sürücülük vəsiqəsi alıb.
Baş Dövlət Yol Polisi İdarəsindən AzVision.az-a verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən ötən il ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılıb.

Bundan başqa 13 min 891 avtomobil ilkin qeydiyyata alınıb, 59 min 293 nəfərə ilkin sürücülük vəsiqəsi verilib. Respublikanın avtomobil parkında nəqliyyat vasitələrinin sayı 1 milyon 359 min 919 olub.

AzVision.az


Teqlər: DYP   Sürücülük-Vəsiqəsi   Maşın  





Xəbər lenti