Vəkil olmaq istəyənlər imtahan verdi - Yenilənib

Vəkil olmaq istəyənlər imtahan verdi - Yenilənib
  28 Yanvar 2018    Oxunub:4616
Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlərin imtahanı başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vəkillərin sayının artırılaraq zəruri həddə çatdırılması barədə tövsiyəsi rəhbər tutularaq, Dövlət İmtahan Mərkəzi (DİM) və Vəkillər Kollegiyası tərəfindən təşkil olunan imtahan saat 11:00-da başlayıb. Namizədlər Bakı Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin binalarında imtahan veriblər.

Saat 14:00-dək davam edən imtahanın idarə olunmasına 19 imtahan rəhbəri və 192 nəzarətçi-müəllim cəlb edilib.

Vəkilliyə qəbul üçün test imtahanın nəticələri bu gün açıqlanacaq.

***
(12:17)

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirilir.

Dövlət İmtahan Mərkəzi (DİM) və Vəkillər Kollegiyası tərəfindən keçirilən imtahan saat 11:00-da başlayıb. Namizədlər Bakı Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin binalarında imtahan verirlər.

İmtahanın idarə edilməsinə 19 imtahan rəhbəri və 192 nəzarətçi-müəllim cəlb olunub. Nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib.

İmtahanda iştirak etmək üçün 1964 namizəd qeydiyyatdan keçib. Namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunur. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə imtahanda məntiqə dair suallardan istifadə edilməyib.

Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtаhаn nəticəsində ümumi bаlı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə - şifahi müsahibəyə buraxılacaqlar.

AzVision.az



Teqlər: Vəkillər-Kollegiyası   İmtahan   DİM  





Xəbər lenti