Əczaçılığı tənzimləyən qərar qəbul edilib
Dərman vasitələrinə olan tələb və təklifi öyrənmək, dərman vasitələrinin dövriyyəsinə aid olan xüsusi sənədləri tərtib etmək, dərman vasitələrinin və tibbi ləvazimatların keyfiyyətinə nəzarəti və hərəkəti haqqında hesabatı təşkil etmək, dövlət nəzarətində olan dərman qrupları ilə işləmək və qüvvədə olan normativ sənədlərin tələblərinin yerinə yetirilməsini təmin etmək üçün topdansatış müəssisəsinə kifayət sayda peşəkar əczaçılıq ixtisası olan mütəxəssislər cəlb olunmalıdırlar.
Topdansatış müəssisəsinin fəaliyyəti ilə bağlı olan digər işlərin görülməsinə uyğun ixtisaslı və təhsilli mütəxəssislər buraxılırlar. Topdansatış müəssisələrində işləyən əczaçılar beş ildə bir dəfədən az olmayaraq ixtisasartırma və kadrların hazırlığı müəssisələrində müəyyən proqram üzrə təhsil almalıdırlar.
Topdansatış müəssisəsində keyfiyyətin idarə edilməsinə ayrılan məsul şəxsin əczaçılıq ixtisası üzrə təhsili, həmçinin, Etibarlı Distribütor Təcrübəsi üzrə lazımi bilik və təcrübəsi olmalıdır. Müəssisədə işçi heyətin şəxsi gigiyena və texniki təhlükəsizlik qaydaları üzrə hazırlığı və yenidən hazırlığı, eləcə də işə daxil olarkən dövri tibbi müayinələrin keçirilməsi təmin edilməlidir. Dərman vasitələri saxlanılan sahələrdə çalışanlar yerinə yetirdikləri işə uyğun olaraq xüsusi qoruyucu və ya iş geyimləri ilə təmin edilməlidirlər.
AzVision.az
Teqlər: Səhiyyə-Nazirliyi