Mənzillərin açarları jurnalistlərə təqdim edildi - Fotolar

Mənzillərin açarları jurnalistlərə təqdim edildi - Fotolar
  30 Yanvar 2018    Oxunub:2514
Jurnalistlər üçün inşa olunmuş ikinci binadan ev alan KİV nümayəndələrinə mənzillərin açarları təqdim olunub.
AzVision.az xəbər verir ki, bu münasibətlə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) mərasim keçirilib.

Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli binanın artıq istismara qəbul edildiyini bildirib.

KİVDF rəhbəri mənzillərin açarlarının jurnalistlərə gec verilməsinin səbəblərini açıqlayıb: "Binanın istismar haqqı olmadığı üçün açarlar təqdim edilmirdi. Birinci binada evlərin açarları jurnalistlərə dekabrın sonlarında təqdim olunmuşdu. Lakin bəzi həmkarlar icazəsiz evlərinə köçüb qalırdılar. Biz bunu bilən kimi onları uzaqlaşdırdıq. Bu gündən evin işıq, su sənədləri jurnalistlərin adına keçirilib. Qaz kartlarını isə "ASAN Xidmət" vasitəsilə öz adlarına keçirə bilərlər".







Aytən Zəhra
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: KİVDF   Jurnalist   Mənzil   Vüqar-Səfərli  





Xəbər lenti