Türkiyəli xanım nazir Bakıya gələcək

Türkiyəli xanım nazir Bakıya gələcək
  30 Yanvar 2018    Oxunub:1536
Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülidə Seriyeroğlunun başçılıq etdiyi nümayəndə heyətinin (31 yanvar - 03 fevral) ölkəmizə səfəri planlaşdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən xəbərə görə, nümayəndə heyətinin tərkibinə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə yanaşı, Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvü də daxildir. İki gün davam edəcək səfərin ilk günü nümayəndə heyətinin ölkəmizdə bir sıra rəsmi görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Səfərin ikinci günü isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 9-cu iclasının yekunlarına dair Protokolun imzalanması gözlənilir.

Türkiyə nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakının tarixi və mədəni abidələri, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ayrı-ayrı müəssisələri ilə tanışlığı da nəzərdə tutulub.

AzVision.az


Teqlər: ƏƏSMN   Türkiyə  





Xəbər lenti