Sabah ilin ilk Ay tutulması baş verəcək

Sabah ilin ilk Ay tutulması baş verəcək
  30 Yanvar 2018    Oxunub:1542
İlin ilk ay tutulması hadisəsi sabah - yanvarın 31-də baş verəcək.
AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun AzVision.az-a verdiyi məlumata görə, Ay tutulması Bakı vaxtı ilə saat 15:48-də başlanacaq, saat 17:29-da maksimum səviyyədə olacaq, saat 19:11-də başa çatacaq.

X.Mikayılov bildirib ki, Azərbaycanda saat 18:00-dan etibarən Ay doğduqda görünməyə başlayacaq. Həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq.

AzVision.az


Teqlər: Şamaxı   Rəsədxana   Ay  





Xəbər lenti