Ötən il Naxçıvana 413 mindən çox turist gəlib
Bildirilib ki, bu dövrdə muzey fondlarının zənginləşdirilməsi sahəsində qədim diyarın sakinləri fəal iştirak edib, muzeylərə 1340 eksponat daxil olub.
Qeyd olunub ki, turizmin inkişafı sahəsində də ardıcıl tədbirlər görülüb, təbliğat işi gücləndirilib. Həyata keçirilən tədbirlər muxtar respublikaya gələn turistlərin sayının artmasına səbəb olub. Belə ki, 2017-ci ildə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən 413 mindən çox turist gəlib.
AzVision.az