Düşmən təxribatları: Yanvarda atəşkəs 3808 dəfə pozulub

  31 Yanvar 2018    Oxunub : 2116
Düşmən təxribatları: Yanvarda atəşkəs 3808 dəfə pozulub
Ermənistan silahlı qüvvələri yanvar ayında atəşkəs rejimini 3808 dəfə pozub.
AzVision.az-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, yanvar ayında erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı snayper tüfənglərində, pulemyotlardan istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Ay ərzində Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, FüzuliCəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Yanvarın 19-da düşmən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mənəfov İbrahim Möhsüm oğlu şəhid olub.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Atəşkəs   Təxribat   Cəbhə   Müdafiə-Nazirliyi   Yanvar-atəşkəs