“Turizm sektorunda dəllallar peyda olub” -Əbülfəz Qarayev

“Turizm sektorunda dəllallar peyda olub” -Əbülfəz Qarayev
  31 Yanvar 2018    Oxunub:3920
"Lisenziyalar aradan qaldırılandan sonra bəzi dəllallar ortaya çıxıb, guya xidmət göstərir, yalandan tur təşkil edirlər. Son nəticədə Azərbaycanın imici enir, bizlər itiririk".
AzVision.az xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib.

Nazir bildirib ki, turizm şirkətləri birləşib, normal proqram ortaya qoysa və dünya miqyasına çıxarsa, dəllallar və yalançılar özlərini aciz hiss edərək meydana daxil ola bilməzlər.

"Sağlam rəqabət, sağlam əməkdaşlıq, dünya turizm etik kodeksinə, dünya iqtisadi qanunlarına qarşılıqlı hörmətlə yanaşaraq Azərbaycanda güclü turizm sənayesi ortaya qoyulacaq".

Azərbaycan turizm sənayesinin yaxşı pul qazandığını deyən Ə.Qarayev vurğulayıb ki, dəllallıqla məşğul olan turizm şirkətləri məsuliyyətə cəlb olunacaq. "Bununla bağlı qanun layihəsi təklif edilib. Mən həmin qanunun səbrsizliklə qüvvəyə minməsini gözləyirəm".

Aytən Zəhra
AzVision.az


Teqlər: Əbülfəs-Qarayev   Turizm  





Xəbər lenti