“Prezidentin iradı tamamilə haqlıdır” - Nazir “Yanardağ”dan danışdı

“Prezidentin iradı tamamilə haqlıdır” - Nazir “Yanardağ”dan danışdı
  31 Yanvar 2018    Oxunub:2309
“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun bərpası ilə bağlı layihə hazırlanıb.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib. Nazir bildirib ki, prezidentin “Yanardağ”la bağlı iradları tamamilə haqlıdır.
"Orada bəzi fərdi yaşayış yerləri ilə bağlı məsələlər həll edildikdən sonra işlər görüləcək. Dövlət bu işlə məşğuldur. Cənab Prezidentin bununla bağlı iradı tamamilə haqlıdır. Bu, çoxdan aktual olan bir məsələdir. Biz bu məsələyə diqqət yetirməli idik. Təndiqdən nəticə çıxaracağıq"- Ə.Qarayev qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Əbülfəs-Qarayev   Yanardağ  





Xəbər lenti