Qobustan həbsxanası nə vaxt köçürüləcək? - Açıqlama

Qobustan həbsxanası nə vaxt köçürüləcək? - Açıqlama
  31 Yanvar 2018    Oxunub:5821
Bakının Qaradağ rayonu ərazisində yeni, müasir standartlara cavab verən qapalı həbsxananın tikintisi davam etdirilir.
Bu barədə AzVision.az-a Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.

Umbakı qəsəbəsində tikilən yeni həbsxananın nə zaman istifadəyə veriləcəyinə gəlincə, M.Sadıqov dəqiq vaxtın məlum olmadığını bildirib.

Qeyd edək ki, həbsxana hazır olandan sonra Qobustan Qapalı Həbsxanası həmin müəssisəyə köçürüləcək.

Anar Kəlbiyev
AzVision.az




Teqlər: Qobustan   Həbsxana  





Xəbər lenti