Rus turistlər üçün ən ucuz ölkələr - Azərbaycan 6-cı oldu

Rus turistlər üçün ən ucuz ölkələr - Azərbaycan 6-cı oldu
  01 Fevral 2018    Oxunub:2314
Aviabiletlərin və otellərin axtarışı ilə məşğul olan ən iri portallardan biri - “Skyscanner” 2018-ci ildə rusiyalı turistlərin istirahəti üçün ən ucuz ölkələrin reytinqini tərtib edib.
Reytinq üçün Rusiyadan olan biletlərin qiymətləri, habelə 14 günlüyə məzuniyyətə gedən, oteldə, yaxud kirayələnmiş mənzildə yaşayan, yerli kafelərdə və bəzən restoranlarda qidalanan, vaxtaşırı şəhər nəqliyyatından istifadə edən və bahalı əyləncələrdən imtina etməyən iki müstəqil səyyah üçün istirahət yerində xərclər əsas götürülüb.

Rusiyalı turistlər arasında populyar olan Türkiyə reytinq cədvəlində Azərbaycandan sonra yeddinci yeri tutub. Belarus, Moldova, Albaniya və Macarıstan da ilk on ölkə sırasında yer alıb. 2018-ci ildə bu ölkələrə iki nəfər üçün ikihəftəlik səyahət 91-99 min rubla başa gələcək. (AzərTAc)

AzVision.az


Teqlər: Azərbaycan   Rusiya   Turist  





Xəbər lenti