Siyavuş Novruzov prezidentdən amnistiya xahiş etdi

  01 Fevral 2018    Oxunub : 2009
Siyavuş Novruzov prezidentdən amnistiya xahiş etdi

“Bu il ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyidir. Bununla bağlı tədbirlər planımıza bəzi məsələləri daxil etməliyik.”

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Komitə sədri xatırladıb ki, Azərbaycanda 63 əfv fərmanı və sərəncamı imzalanıb, 11 amnistiya qərarı verilib.

S.Novruzov Prezident İlham Əliyevə müraciət edərək növbəti amnistiya aktının qəbul edilməsini xahiş edib:

“Bu amnistiya aktı Qarabağ müharibəsində iştirak edənlərə, himayəsində azyaşlı uşaq olan qadınlara, yaşı 70-dən çox olan şəxslərə, radikal dini cərəyanlara qoşulmamış dindarlara şamil edilməlidir”.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Siyavuş-Novruzov   Milli-Məclis