Sabah 8 dərəcə şaxta olacaq

  01 Fevral 2018    Oxunub : 679
Sabah 8 dərəcə şaxta olacaq
Fevralın 2-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-12, Bakıda gecə 0-2, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, fevralın 2-dən 5-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

AzVision.az

Teqlər: Hava   Şaxta