Vitse-spiker: “Hüquqşünas 60 bal toplaya bilmirsə...”

Vitse-spiker: “Hüquqşünas 60 bal toplaya bilmirsə...”
  01 Fevral 2018    Oxunub:3649
“Ötən il “Məhkəmə Hüquq Şurası haqqında” qanuna dəyişiklik etdik. Dəyişikliyə əsasən, tək hakim olan rayonlarda hakim məzuniyyətə gedirsə, Məhkəmə Hüquq Şurası həmin rayona hakimləri ezam edə bilir. Yəni belə bir səlahiyyəti var. Əlbəttə ki, hakimlərin sayı ilə bağlı problem hələ də qalmaqdadır. Bu istiqamətdə işlər gedir. Razıyam ki, vəkillik insititutu ilə bağlı Avropadan geriyik”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin vitse-spikeri Ziyafət Əsgərov deyib. Vitse-spiker Vəkillər Kollegiyasına qəbuldakı keçid balının aşağı salınması təklifinə etiraz edib:

“Azərbaycanda hüquqşünasların Vəkillər Kollegiyasına qəbulda nəzərdə tutulan balı 60-dan 50-yə endirsək, əminəm ki, deyəcəklər ki, bunu daha da endirin, 40 bal olsun. Konstitusiyada yazılıb ki, əhaliyə keyfiyyətli hüquqi yardım göstərək. Keyfiyyətli hüquqi yardım göstərmək istəyən hüquqşünas 60 balı toplaya bilmirsə, bağışlayın, bu, qeyri-ciddi məsələdir. Axı o balı toplamaq çətin deyil. Bütün buna baxmayaraq bu sahədə işlər gedir, dövlətin nəzarətindədir. Yaxın vaxtlarda bu sahədə ciddi irəliləyişlər olacaq”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Vəkil   Ziyafət-Əsgərov  





Xəbər lenti