“İşğal siyasəti haqqında qanun hazırlansın” - Deputatdan təklif

“İşğal siyasəti haqqında qanun hazırlansın” - Deputatdan təklif
  01 Fevral 2018    Oxunub:1879
“Ermənilər qondarma Dağlıq Qarabağ respublikasının yaradılmasının 30 illiyini qeyd etməyə hazırlaşır. Həmin tədbirə ATƏT-in Minsk qrupuna üzv dövlətin nümayəndələrini dəvət ediblər”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev deyib. O, ATƏT-in Minsk qrupuna müraciət etməyi, onları bu yoldan çəkinməyə çağırmağı tövsiyə edib:

“Milli Məclis olaraq ATƏT-in Minsk qrupuna müraciət etməliyik, onları bu yoldan çəkinməyə çağırmalıyıq. Eyni zamanda ermənilərin törətdiyi vəhşilikləri bir daha onların diqqətinə çatdırmalıyıq”.

Deputat təklif edib ki, Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına İşğal siyasəti haqqında qanun layihəsinin hazırlanması da daxil edilsin.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Rövşən-Rzayev  





Xəbər lenti