Açıq məkanda reklam yerləşdirənlərin nəzərinə!

Açıq məkanda reklam yerləşdirənlərin nəzərinə!
  01 Fevral 2018    Oxunub:1534
Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, bununla bağlı məcəlləyə yeni-395.1-1 maddəsi əlavə edilir. Maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının yaratdığı qurumun icazəsi alınmadan ölçülərindən asılı olmayaraq açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına və onlara konstruktiv dəyişikliklərin edilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 15 000 manatadək məbləğdə cərimə edilir.

Məcəllənin 428.7-ci maddəsi yeni redsaksiyada verilir:

Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni:

1. müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmaması, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə,

2. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə,

3. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 10000 manatadək məbləğdə cərimə edilir. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kelbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Cərimə  





Xəbər lenti