Oqtay Əsədov şadlıq evlərindən şikayətləndi

Oqtay Əsədov şadlıq evlərindən şikayətləndi
  01 Fevral 2018    Oxunub:3073
“Şadlıq sarayları bahalı olsa da, akustika sistemi normal deyil. Xeyli sayda böyük şadlıq evləri tikilib. Bahalı olduğu üçün kimsə akustika sisteminə baxmır”
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib.

Parlament sədrinin sözlərinə görə, az sayda şadlıq evi var ki, orada akustika normativə uyğun quraşdırlıb.

Qeyd edək ki, parlamentdə çıxış edən deputat Qüdrət Həsənquliyev bir sıra restoranlarda akustika sisteminin normal qurulmadığını bildirib. O, bununla bağlı tədbir görülməsini təklif edib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Oqtay-Əsədov   Şadlıq-evləri  





Xəbər lenti