Komitə sədri alimləri tənqid etdi: “Bunun nə mənası var?”

Komitə sədri alimləri tənqid etdi: “Bunun nə mənası var?”
  01 Fevral 2018    Oxunub:1711
“Elmlər namizədi olurlar, deyirlər ki, buna əlavə əmək haqqı verilməlidir. O zaman əlavə pul verilməlidir ki, cəmiyyətə, dövlətə nəsə xeyri olsun. Dövlətə xeyri yoxdursa, bunun nə mənası var? Elmin cəmiyyətə xeyri olmalıdır”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov “Peşə təhsili haqqında” qanunun müzakirəsi zamanı deyib.

S.Novruzov hesab edir ki, peşə ixtisas təhsilinə diqqət yetirmək lazımdır: “Yeni ixtisaslı kadrların hazırlanmasına böyük ehtiyac var. SOCAR-ı çıxmaq şərtilə digər təşkilatlarda kadr hazırlanması gündəmdə yoxdur. Bu, çox vacib məsələdir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Siyavuş-Novruzov  





Xəbər lenti