Bayıl sakinləri yaponların təkliflərini gözləyir

Bayıl sakinləri yaponların təkliflərini gözləyir
  01 Fevral 2018    Oxunub:4675
Hazırda Bayıl yamacındakı sürüşmə ərazisində vəziyyət stabildir. Orada üç gün əvvəl qoyulan mayaklarda heç bir dəyişiklik yoxdur.

Bu barədə AzVision.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
Onun sözlərinə görə, ərazidə müşahidələr davam etdirilir: “2000-2004-cü illərdə apardığımız tədqiqatlar nəticəsində həmin ərazi təhlükəli yer kimi xəritədə göstərilib. Bu gün gedən proses bizim göstərdiyimiz horizontalların daxilindədir. Ərazidə quyu qazma işlərini başa çatdırdıq, seysmik kəşfiyyat etmişik. Hal-hazırda orada FHN, Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları işləyir. Həmçinin yapon mütəxəssislər sürüşmə zonasında cihaz quraşdırıb, onların da təklifləri olacaq. Bunları kompleks şəkildə araşdırıb, yekun nəticəyə gələcəyik. Daha sonra orada yaşayan sakinlər və evlərlə bağlı qərar qəbul ediləcək”.

Qeyd edək ki, Bayıl yamacında sürüşmə təhlükəsi olan 90-a yaxın ev müəyyən edilib. 80 evdən 390 nəfər köçürülüb. Onlardan 34 ailə məcburi köçkünlərdir. Sakinlərin bir qismi 163 nömrəli məktəbə yerləşdirilib. Evlərə işıq, qaz və suyun verilməsi dayandırılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: ETSN   Bayıl   Sürüşmə  





Xəbər lenti