Arzu Rəhimov vətəndaşları qəbul edəcək

Arzu Rəhimov vətəndaşları qəbul edəcək
  01 Fevral 2018    Oxunub:2075
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov fevralın 15-də saat 11:00-da Xidmətin Qusar rayon şöbəsində Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərini qəbul edəcək.
Qurumdan AzVision.az-a bildiriblər ki, qəbula yazılmaq istəyən vətəndaşların fevralın 12-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

AzVision.az


Teqlər: Arzu-Rəhimov  





Xəbər lenti