Ramil Usubov vətəndaşlarla görüşəcək

Ramil Usubov vətəndaşlarla görüşəcək
  02 Fevral 2018    Oxunub:2505
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2018-ci il fevral ayının 24-də saat 10:00-da Şirvan Şəhər Polis Şöbəsində Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
AzVision.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

AzVision.az


Teqlər: DİN   Ramil-Usubov   Qəbul  





Xəbər lenti