Ötən gün 113 cinayət faktı qeydə alınıb

Ötən gün 113 cinayət faktı qeydə alınıb
  02 Fevral 2018    Oxunub:1006
Fevral ayının 1-dən 2-dək respublikanın daxili işlər orqanları tərəfindən 113 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, gün ərzində axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Həmçinin respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Cinayət   Polis   Həbs  





Xəbər lenti