Bu gün Əfv Komissiyası yenidən toplanır

Bu gün Əfv Komissiyası yenidən toplanır
  02 Fevral 2018    Oxunub:2102
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının keçirilməsi gözlənilir.
Bu barədə AzVision.az-a komissiyanın üzvü Əliməmməd Nuriyev bildirib.

Onun sözlərinə görə, komissiyanın ilk iclasında 100 müraciətə baxılıb. Ümumilikdə isə indiyədək komissiyaya 1000-dək müraciət daxil olub.

Qeyd edək ki, Novruz bayramı ərəfəsində prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanması gözlənilir.

AzVision.az


Teqlər: Əfv   Komissiya   İclas  





Xəbər lenti