Azərbaycanın ən yaşlı sakininin axtarışına başlanılıb

Azərbaycanın ən yaşlı sakininin axtarışına başlanılıb
  02 Fevral 2018    Oxunub:3917
Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutu ölkənin ən yaşlı sakininin axtarışına başlayıb.

İnstitutun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova AzVision.az-a bildirib ki, onlar bu layihəyə ilk olaraq Lənkəran şəhərindən başlayıblar.
U.Həşimovanın sözlərinə görə, Lənkəranda ən yaşlı şəxsin 108 yaşında olduğu müəyyən edilib, amma o, Azərbaycanın ən qocaman sakini deyil.

“Mütəxəssislərimizin apardığı araşdırma nəticəsində məlum olub ki, Lənkəranın ən uzunömürlü sakini Gərmətük kəndində yaşayan 108 yaşlı (yəni yaşı verifikasiya olunmuş) Vəsmə Məmmədovadır. Çox vaxtı bizə yaşlı insanlarla bağlı pasportlar göstərirlər. Amma pasportda göstərilən yaşla insanın bioloji yaşı üst-üstə düşmür. Bunu müəyyən etmək üçün xüsusi metodlar var, mütəxisisslər həmin insanlarla danışır və orada göstərilən yaşlar dəqiqləşdirir. Daha sonra tibbi bioloji tədqiqatlara daxil edilir”.

Direktor vurğulayıb ki, yaxın vaxtlarda Azərbaycanın digər rayonlarında da yaxşlı sakinlərlə bağlı araşdırma aparılacaq: “Araşdırmalar başa çatandan sonra deyə bilərik ki, ölkənin ən yaşlı sakini kimdir”.

U.Həşimova bildirib ki, növbəti dəfə Naxçıvanda araşdırmalara başlanılacaq: “Araşdırmanı Naxçıvanda aparmağı planlaşdırırıq. Sözsüz ki, Azərbaycanın bütün bölgələrində yaşlı insanların sayı çoxdur, biz bütün bölgələrdə işləməyi planlaşdırırıq”.

Aytən Zəhra
AzVision.az


Teqlər: AMEA   Fiziologiya-İnstitutu  





Xəbər lenti