Məmmədyarovla Lavrovun telefon danışığının təfərrüatı

Məmmədyarovla Lavrovun telefon danışığının təfərrüatı
  02 Fevral 2018    Oxunub:2324
Azərbaycan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarovla Sergey Lavrov arasında fevralın 1-də telefon danışığı olub.

Bu barədə AzVision.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyev qeyd edib ki, telefon danışığı əsnasında nazirlər regional və beynəlxalq gündəliyə aid mövzular, o cümlədən Xəzər dənizinin hüquqi statusu, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar və ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: XİN   Lavrov   Azərbaycan   Rusiya   Qarabağ  





Xəbər lenti