XİN: Həmsədlər Bakıya fevralın 6-da gələcək

XİN: Həmsədlər Bakıya fevralın 6-da gələcək
  02 Fevral 2018    Oxunub:1993
ATƏT-in Minsk Qrupunun həmsədrləri fevralın 6-da Azərbaycana səfərə gələcək.

Bu barədə AzVision.az-a Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana 6 fevral tarixində gəlmələri, 7 fevral tarixində isə müvafiq rəsmi görüşlər keçirmələri gözlənilir.

Səfər çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə hal-hazırda aparılan intensiv və məntiqi əsaslı danışıqlara dair müzakirələrin davam etdirilməsidir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Həmsədrlər  





Xəbər lenti