İrəvanda siqaret aludəçiləri etiraz aksiyası keçirib - VİDEO

İrəvanda siqaret aludəçiləri etiraz aksiyası keçirib - VİDEO
  02 Fevral 2018    Oxunub:1849
Ermənistanda hökumət binasının qarşısında yenidən etiraz aksiyası keçirilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aksiya iştirakçıları ictimai yerlərdə və qapalı məkanlarda siqaret çəkilməsinin qadağan edilməsinə etiraz ediblər.

İrəvan sakinləri hesab edirlər ki, hökumətin məqsədi siqaretlə mübarizə aparmaq deyil, büdcəni xalqın hesabına doldurmaqdır.

Qeyd edək ki, Ermənistanın Səhhiyə Nazirliyi ictimai yerlərdə siqaret çəkilməsinə görə yüksək cərimələr təklif edir. Restoranlarda, ticarət və əyləncə mərkəzlərində, məktəb və universitetlərdə, tibb müəssisələrində siqaret çəkilməsinə görə 250 min dram cərimə nəzərdə tutulub.

Sakinlərin fikrincə, hökümət bu cür sərt üsullar tətbiq etmək əvəzinə, siqareti tərgitmək üçün bərpa mərkəzləri yaratmalıdır.



Alpər Mövlüdoğlu
AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Etiraz   Aksiya   Siqaret  





Xəbər lenti