Gənclər Günü Silahlı Qüvvələrdə qeyd edilib
Qeyd olunub ki, Ulu Öndərin ölkəmizə rəhbərliyi dövründə gənclərimiz onun diqqət və qayğısını daim hiss ediblər. Əsası Ümummilli Lider tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Bu gün gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bayram tədbirlərində yerli icra hakimiyyəti orqanları, dövlət və qeyri-hökumət təşkilatları, veteranlar, ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəxsi heyətlə görüşlər, mədəni-kütləvi, vətənpərvərlik və idman tədbirləri keçirilib.
Tədbirlərdə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin və rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri şəxsi heyət qarşısında maraqlı konsert proqramları ilə çıxış ediblər.
AzVision.az