Qarabağ münaqişəsi ilə bağlı Avropa Məhkəməsinə 2000-ə yaxın ərizə göndərilib

Qarabağ münaqişəsi ilə bağlı Avropa Məhkəməsinə 2000-ə yaxın ərizə göndərilib
  02 Fevral 2018    Oxunub:2956
“Çıraqov və digərləri Ermənistana qarşı” işindən əlavə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə göndərilən işlərdən icraata götürüləni yoxdur.
Bu barədə AzVision.az-a Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov bildirib. O, qeyd edib ki, bu günədək münaqişə ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə 2000-ə yaxın ərizə göndərilib.

“Bunların arasında məcburi köçkünlər tərəfindən “Çıraqov və digələri Ermənistana qarşı” kimi şikayətlər, aprel döyüşlərində zərərçəkmiş şəxslər və Alxanlı kəndində həlak olan azyaşlı Zəhra Quliyeva və nənəsinin qohumları tərəfindən göndərilən ərizələr var. Münaqişə ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə təxminən 1500-2000-ə yaxın şikayət verilib ki, onların icraata götürülməsi ilə bağlı qərarı gözləyirik”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Çingiz-Əsgərov   Avropa-Məhkəməsi  





Xəbər lenti