Deputatlar Strasburqa gedir

Deputatlar Strasburqa gedir
  02 Fevral 2018    Oxunub:1405
Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində təmsil olunan deputatları Azər Kərimli, Elman Nəsirov, habelə komitəyə yeni seçilmiş üzvlər - Sahibə Qafarova və Çingiz Qənizadə fevralın 5-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.
Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, millət vəkilləri Avropa Parlamentində bir sıra görüşlər keçirəcəklər.

Görüşlərdə Azərbaycanla qurum arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər müzakirə olunacaq. Səfər fevralın 9-da başa çatacaq.

AzVision.az


Teqlər: Milli-Məclis   Avropa-Parlamenti  





Xəbər lenti