"Gənclər yekdilliklə İlham Əliyevə səs verəcəklər" - Nazir

"Gənclər yekdilliklə İlham Əliyevə səs verəcəklər" - Nazir
  03 Fevral 2018    Oxunub:1574
2 Fevral Gənclər günü münasibətilə "Buta Palace"da tədbir keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə Birinci vitse-prezidentinin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və digər hökumət nümayəndələri iştirak ediblər.

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bugünkü gənclər vətənpərvər, təhsilə meyilli, milli-mənəvi, mədəni köklərinə bağlı, cəmiyyətin sosial məsələlərinə diqqətli və təşəbbüskardır:

"Yaradıcı və istedadlı gənclərin üzə çıxarılması, onlara dövlət dəstəyinin göstərilməsi sahəsində yeni formatlar tətbiq edilir. Gənclərin ictimai təşəbbüskarlığı, iştirakçılığı, təşkilatlanması məsələləri də əsas məqsədlərdəndir".

Nazir qeyd edib ki, bu il ictimai hadisələrlə zəngindir: "Bildiyimiz kimi, Bakı 2025-ci ildə EKSPO sərgisinin keçirilməsi üçün 3 namizəd şəhərdən biridir. Bugünkü tədbirdə də məhz "Ekspo 2025" üçün gənclər arasında esse müsabiqəsinin başlanğıcını elan edirik".

Bu il Azərbaycanda prezident seçkilərinin keçiriləcəyini xatırladan A.Rəhimov ölkə gənclərinin Prezident İlham Əliyevə yekdilliklə səs verəcəklərinə əminliyini ifadə edib.

Sonra ötən il ölkənin ictimai-siyasi, mədəni həyatında fərqlənən gənclərə prezident mükafatları təqdim olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər: Gənclər-Günü   Azad-Rəhimov  





Xəbər lenti