Prezident Reyhanı mükafatlandırdı

Prezident Reyhanı mükafatlandırdı
  03 Fevral 2018    Oxunub:6786
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev 2018-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən 6 gəncə 2018-ci il Gənclər üçün Prezident mükafatları verilib.
Onlardan biri gənc ixtiraçı Camalova Reyhan Rauf qızıdır.

Qeyd edək ki, Reyhan Camalova Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində öz ixtirası ilə diqqəti çəkib. ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp Reyhanın nailiyyətini təqdir edib.

2002-ci ildə Qubada anadan olan Reyhan yağış suyundan enerji istehsal edən “Rainergy” qurğusunu yaradıb. Qurğu dörd əsas hissədən - yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir.

"Rainergy" adlandırılan layihə “Climatelaunchpad” yarışmasının Azərbaycan finalında “Tamaşaçıların ən sevimli startapı” adına layiq görülüb.

Xatırladaq ki, Reyhan Camalova “ASAN xidmət”in ideya müvəkkilidir.











AzVision.az


Teqlər: Reyhan-Camalova  





Xəbər lenti