AVRO-2018: Futzal millimiz 1/4 finalda

  02 Fevral 2018    Oxunub : 945
AVRO-2018: Futzal millimiz 1/4 finalda
Futzal üzrə Azərbaycan milli komandası Sloveniyada keçirilən Avropa çempionatında vaxtından əvvəl 1/4 finala vəsiqəni təmin edib.
Komandamız Fransa yığması ilə üz-üzə gəlib. Qarşılaşma millimizin 5:3 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra yığma komanda ikinci görüşün nəticəsindən aslı olmayaraq növbəti mərhələyə vəsiqə qazanıb.

Fransa yığması isə 2 oyuna 1 xal toplayıb. Millimiz növbəti matçda İspaniya ilə qarşılaşacaq.

AzVision.az

Teqlər: Futzal   Avropa-Çemionatı