Xızıda 22 ədəd hərbi sursat aşkarlanıb

Xızıda 22 ədəd hərbi sursat aşkarlanıb
  03 Fevral 2018    Oxunub:1348
Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.
ANAMA-dan AzVision.az-a daxil olan məlumata əsasən, fevralın 2-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 22 ədəd partlamamış hərbi sursat (PHS), 106 ədəd partlamış-yanmış mərmi qalıqları və 198 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 634 000 kv.m (63.4 ha) ərazi yoxlanılıb.

Ümumilikdə, 124 gün ərzində 25 712 ədəd partlamamış hərbi sursat (PHS), 19 616 ədəd partlamış-yanmış sursat qalıqları və 104 095 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 96 489 706 kv.m (9 649 ha) ərazi yoxlanılıb.

Qeyd edək ki, avqustun 27-də Müdafiə Nazirliyinin Xızıdakı N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayışla əlaqədar aparılan əməliyyatların 7-10 iş günü ərzində başa çatdırılması nəzərdə tutulub.

AzVision.az


Teqlər: ANAMA   Xızı  





Xəbər lenti