Naxçıvanda 9 nəfər təltif edilib

Naxçıvanda 9 nəfər təltif edilib
  03 Fevral 2018    Oxunub:1668
Ötən gün Prezident İlham Əliyev Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının əməkdaşları da vardır.

Onlardan Novruzov Sucaxan Müseyib oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Abbasov Şirvan Əli oğlu, Əliyev Qafil Elbəyi oğlu, Əsgərov Faiq Fikrət oğlu, Hüseynov Yalçın Şulan oğlu, Kələşov İmran Əmiraslan oğlu, Qədimov Bəxtiyar Hüseyn oğlu, Rəcəbov Qadir Dadaş oğlu, Rzayev Teymur Yaqub oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.

AzVision.az


Teqlər: Naxçıvan   Həmkarlar   Təltif  





Xəbər lenti