Mətbuat Şurasının adından saxtakarlıq edilib - FOTO

  03 Fevral 2018    Oxunub : 667
Mətbuat Şurasının adından saxtakarlıq edilib - FOTO

Mətbuat Şurasının və qurumun rəhbəri Əflatun Amaşovun adından saxtakarlığa yol verilib.

AzVision.az-ın məlumatına görə, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Əvəz Rüstəmov bildirib ki, “Qaynar-xett.az” saytı öz “əməkdaşlarına” payladığı vəsiqələrin üzərində Azərbaycan Mətbuat Şurasının adını və qurumun sədri Əflatun Amaşovun “imzası”nı qeyd etməklə saxtakarlığa əl atıb.

Həmin vəsiqələrin şəkillərini sosial şəbəkədə paylaşan Ə.Rüstəmov qeyd edib: “Bu vəsiqələr guya Azərbaycan Mətbuat Şurasınındır. Kimlərsə Şuranın adından istifadə edərək axırıncı yola əl atıb. Onlar vəsiqə satmaqla, ayrı-ayrı şəxslərə bu vəsiqələri göstərib qorxutmaqla, hədə-qorxu gəlməklə, etdikləri murdarlığa mədəni libas geydirməklə məşğuldurlar. Bəziləri də var ki, məsələni öz aləmlərində ictimailəşdirirlər. Sanki onların kim olduqlarını, bu vəsiqə dəllallarından az da olsa, fərqlənmədiklərini bilmirik...

Mətbuat Şurasının adından istifadə edən vəsiqəbazlar tam arxayın olsunlar ki, hər biri qanun qarşısında cavab verməli olacaq. İndidən bu cür ağlasığmaz yaramazlığı necə düşündüklərinə izahat verməyi boş başlarında məşq etsinlər. Əgər bacaracaqlarsa”.





AzVision.az



Teqlər: Mətbuat-Şurası   Saxtakarlıq