“Nar” abunəçiləri dəyərli hədiyyələr qazanıb

  03 Fevral 2018    Oxunub : 346
“Nar” abunəçiləri dəyərli hədiyyələr qazanıb

“Nar” öz istifadəçiləri üçün daha bir maraqlı kampaniya keçirdi. Belə ki, 29 dekabr 2017-ci il – 28 yanvar 2018-ci il tarixləri arasında “Full” paketinə qoşulmuş və “28 Mall” alış-veriş mərkəzinin 1-ci mərtəbəsindəki “Nar” stendinə yaxınlaşmış abunəçilər mobil operatordan dəyərli hədiyyələr qazandılar.

Stendə yaxınlaşaraq kupon əldə etmiş abunəçilər arasından ən şanslı 3 nəfər iştirakçı 29 yanvar 2018-ci il tarixdə “28 Mall” AVM-nin 3-cü mərtəbəsində təsadüfi keçirilmiş seçimlə qalib elan edildi. Beləliklə, “Samsung Galaxy S8” smartfonu qazanmış Elşad İsgəndərov, “Ipad Pro” planşeti udmuş Cavid Süleymanov və “Samsung Gear S3” saatı əldə etmiş Yetər Mustafayeva kampaniyanın qalibləri oldular.



“Nar”-ın tamamilə yeni “Full” paketlərindən birinə qoşulan abunəçilər bu sərfəli təklif sayəsində bol ünsiyyətdən həzz almanın sevincini yaşayırlar. Ölkədaxili danışıq dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. Abunəçilərin arzu və istəklərini hər zaman nəzərə alan “Nar” istifadə edilməyən bonusların bir sonrakı aya keçməsini məhz “Full” paketi ilə təmin etdi.



“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

AzVision.az

Teqlər: Nar   Abunəçi