“Fitch”: Yaxın 2 ildə manatın məzənnəsi sabit qalacaq

  03 Fevral 2018    Oxunub : 1130
“Fitch”: Yaxın 2 ildə manatın məzənnəsi sabit qalacaq
"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli xarici və yerli valyutada reytinqi üzrə proqnozunu "neqativ"dən "stabil"ə yüksəldib.
AzVision.az agentliyin yaydığı məlumata istinadən bildirir ki, reytinq "BB+" səviyyəsində təsdiq edilib.

Agentlik, həmçinin dünya bazarında neft qiymətlərinin sabit qalması fonunda Azərbaycanda yaxın 2 il ərzində manatın məzənnəsinin dəyişməyəcəyini proqnozlaşdırır.

AzVision.az


Teqlər: Fitch   Azərbaycan   Kredit