Prezident həmkarını təbrik edib

Prezident həmkarını təbrik edib
  03 Fevral 2018    Oxunub:1233
Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Prezidenti Maytripala Sirisenaya təbrik məktubu göndərib.
Məktubda deyilir: "Hörmətli cənab Prezident, Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına əmin-amanlıq və rifah diləyirəm".

AzVision.az



Teqlər: İlham-Əliyev   Prezident   Təbrik  





Xəbər lenti