ANAMA Xızıda axtarışları davam etdirir

ANAMA Xızıda axtarışları davam etdirir
  04 Fevral 2018    Oxunub:1430
Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar bu gün Xızı rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında məlumat yayıb.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, bu gün partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 9 ədəd partlamamış hərbi sursat (PHS), 62 ədəd partlamış-yanmış mərmi qalıqları və 103 kq yandırma məhsulu aşkar edilərək götürülüb.

Nəticə etibarilə 375 000 kv.m (37.5 ha) ərazi yoxlanılıb.

AzVision.az


Teqlər: ANAMA   Xızı   Hərbi-sursat  





Xəbər lenti