ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyir

ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyir
  04 Fevral 2018    Oxunub:2490
Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlıdır.
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlərlə görüşündə deyib.

Səfir bildirib ki, ölkəsi münaqişənin həlli istiqamətində fəaliyyətlərini davam etdirir.

Sekuta, həmçinin diqqətə çatdırıb ki, o, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların fikirlərini dinləyib.

AzVision.az



Teqlər: ABŞ   Qarabağ   Sekuta   Səfir  





Xəbər lenti