İrandan Azərbaycana turist axını gözlənilir

İrandan Azərbaycana turist axını gözlənilir
  05 Fevral 2018    Oxunub:2242
Novruz bayramı ərəfəsində Azərbaycana turist axını gözlənilir.

Bu barədə AzVision.az-a Azərbaycan Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov bildirib. Onun sözlərinə görə, bayram günlərində ən çox turist axını İrandan olacaq.
“Novruz bayramı Azərbaycanla yanaşı İranda da geniş şəkildə qeyd edilir. İranda yaşayan soydaşlarımız bayramda daha çox Azərbaycana gəlirlər. Bu səbəbdən otellərdə demək olar ki, boş yerlərin sayı məhduddur. Həmçinin Azərbaycanda bayramla bağlı tədbirlər, xüsusilə İran turistləri üçün konsertlər təşkil olunacaq. İrandakı populyar müğənnilərin çıxışı gözlənilir. Bir sözlə, bayram ərəfəsində Azərbaycana turist axını gözlənilir”.

Aytən Zəhra
AzVision.az


Teqlər: İran   Azərbaycan   Turist  





Xəbər lenti